Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
İclası giriş sözü ilə açan AHİK sədri Səttar Möhbalıyev əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verdi. İlk məsələ AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin II yarımilliyi üçün iş planı haqqında oldu. Həmin məsələ müzakirə olunaraq səsə qoyuldu və qəbul edildi. Sonra gündəlikdə duran digər beş məsələ ətrafında müzakirələr aparıldı. AHİK-in Məclisinin tərkibində dəyişiklik edilməsi barədə, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Respublika müsabiqəsinin keçirilməsi haqqında AHİK-in 25 noyabr 2009-cu il tarixli (protokol 6b.32ə) 2 nömrəli əlavəyə müvafiq komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdalığa dair Memorandum haqqında, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum haqqında məsələlər də müzakirə olunaraq qəbul edildi.
Sonra cari məsələlər barədə fikir mübadiləsi aparıldı. Gündəliyə çıxarılan bütün məsələlər qəbul olunduqdan sonra AHİK sədri Səttar Möhbalıyev Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda eləcə də, Bakı və Abşeronda yerləşən həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə etdiyi səfərlər barədə danışdı. Qeyd etdi ki, işçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biridir. Əlimizdən gələni edirik ki, üzvlərimizin istirahəti və sağlamlığı yüksək səviyyədə təmin edilsin. Sədr qeyd etdi ki, ölkə prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə, veteranlara daim diqqət və qayğı göstərir, onların həyat səviyyəsinin və sağlamlığının qorunması üçün bütün imkanların səfərbər olunmasını tövsiyə edirlər.

Azərbaycan həmkarlar ittifaqları da bu məsələyə həmişə həssaslıqla yanaşır, ölkədə sosial sahədə aparılan islahatlara daim dəstək olmağa çalışır. AHİK sədri Səttar Möhbalıyev qeyd etdi ki, sanatoriyalarda müalicə olunanlarla görüşlər zamanı pasiyentlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirirdilər.

Sədr bir daha tövsiyə və tapşırıqlarını verərək qeyd etdi ki, insanların istirahət və müalicəsinin daha da yaxşılaşdırılması üçün bütün imkanlar və hazırki durum təhlil edilməli, qarşıya çıxan hər hansı problem və ya çətinliklər dərhal aradan qaldırılmalıdır.

Bizimlə əlaqə

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo