ATİAHİ-nin nümayəndə heyəti qadınların beynəlxalq konfransında iştirak edib
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində “Türk dünyasında sosial həyat və iş həyatında qadının rolu” mövzusunda konfrans keçirilib.
Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Senin təşkilatçılığı ilə keçirilən bu konfransda təşkilatımızı ATİAHİ-nin Gender məsələləri üzrə ictimai komissiyasının və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri İlahə Talıbova, Pirallah rayon komitəsinin sədri Arzu Cahangirova, Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova və Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova təmsil edib. 

Konfransda giriş sözü ilə çıxış edən Türk Eğitim-Sen və Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan türkdilli təşkilatların qadın nümayəndələrini salamlayıb və belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyduğunu bildirib. O öz çıxışında iş həyatında qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi, qadın hüquqları, iş həyatında qadınlara qarşı məhdudiyyətlər, qadınlara göstərilən şiddət və gender  bərabərliyi ilə bağlı çıxış edib, qadınların iş həyatında daha fəal olması üçün mübarizə aparmağın vacib odluğunu söyləyib. 

Konfrans öz işinə qadın  hüquqları ilə bağlı 10 mövzu üzrə müzakirələrlə davam etdirib. Bu müzakirələrdə ATİAHİ-nin nümayəndə heyəti fəal iştirak edib və mövzular üzrə çıxışlar ediblər. Konfransın sonunda direktivlər yaratmaq məqsədi ilə qadın hüquqları və gender bərabərliyi ilə bağlı 37 maddədən ibarət qətnamə qəbul edilib. 

Sonda xatirə şəkili çəkilib və nümayəndə heyətlərinin rəhbərlərinə hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da üzv olduğu Avrasiya Təhsil Işçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi 2006-cı ildə yaradılıb və 10 türkdilli təşkilatı özündə birləşdirir.

Bizimlə əlaqə

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo